Homo sapiens

Homo sapiens
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Homo sapiens
Beynəlxalq elmi adı

Homo sapiens (lat. Homo sapiens; yəni Ağıllı insan), və ya sadəcə insanprimatların ən çoxsaylı və ən geniş yayılmış növü. Hominidlər (superfamiliya — meymunlar) fəsiləsinin Homo cinsinə aiddir və dik duruşu, növün digər nümayəndələri ilə ünsiyyət üçün nitqdən istifadə etməsi, əmək alətlərindən istifadə etməsi, habelə müstəsna dərəcədə inkişaf etmiş koqnitiv qabiliyyətləri kimi, o, beynin böyük ölçüsünə və struktur xüsusiyyətlərinə borcludur.

İnsanlar — son dərəcə sosial canlılardır və ailədən tutmuş dövlətə qədər bir çox kooperativ və rəqabətli qruplardan ibarət mürəkkəb sosial strukturlar daxilində yaşamağa meyillidirlər. İnsanlar arasında müxtəlif sosial qarşılıqlı əlaqələrin nəticəsi sosial normaların və ictimai dəyərlərin, o cümlədən ritualların, dillərin, cəmiyyətdə maddi və qeyri-maddi mədəniyyətin digər təzahürlərinin yaranmasıdır.

İnsanın ətraf aləmi, onun hadisələrini və həyata təsirini dərk etmək istəyi elmtexnikanın, eləcə də bir sıra başqa anlayışların, o cümlədən fəlsəfə, dinmifologiyanın yaranmasına səbəb olmuşdur.

İnsanın müasir anatomiyası (lat. Homo sapiens sapiens) təqribən 300.000 il əvvəl Afrikada meydana gəlib, Heydelberq insanından (və ya Rodeziyalı insandan) təkamül edərək, Afrikadan köç edərək, tədricən birləşərək digər arxaik insanları əvəz etmişdir.

Tarixlərinin çox hissəsində insanlar köçəri həyat tərzi sürən ovçu-yığıcılar olublar. Müasir tipli davranışı insanlar təxminən 160.000 — 60.000 il əvvəl nümayiş etdirməyə başladılar. Cənub-Qərbi Asiyada təqribən 13.000 il əvvəl başlayan Neolit inqilabı eyni zamanda, bir sıra başqa yerlərdə kənd təsərrüfatının yaranması və daimi yaşayış məskənlərinin formalaşması ilə əlamətdardır. Əhalinin sayı və sıxlığı artdıqca həm icma daxilində, həm də icmalar arasında qarşılıqlı əlaqələri idarə etmək üçün müxtəlif hakimiyyət formaları meydana çıxmağa başladı. Tarix boyunca bir neçə sivilizasiya formalaşmış və tənəzzülə uğramış, bununla belə Yer kürəsində insanların sayı artmaqda davam etmişdir və 2022-ci ildə dünya əhalisi 8 milyard nəfərə çatmışdır.

Genlərətraf mühit fiziki görünüş, bədən ölçüsü, fiziologiya, xəstəliyə həssaslıq, intellekt və həyat müddətində fərdlər arasında bioloji fərqlərə təsir göstərir. İnsanlar bir çox cəhətdən fərqlənsələr də (həm genetik xüsusisyyət, həm də fiziki xüsusiyyətlərə görə), istənilən iki insan genetik cəhətdən 99%-dən çox bir-birilə oxşardır.[3][4] İnsanlar cinsi dimorfizm ilə xarakterizə olunur: kişi orqanizmi, bir qayda olaraq, daha çox əzələ gücünə malikdir, qadının bədənində isə daha çox yağ toxuması var. Yetkinlik dövründə insanlarda ikinci dərəcəli cinsi xüsusiyyətlər yaranır. Qadınlar hamilə qala bilirlər — orta hesabla, yetkinlik dövründən (təxminən 12 yaşından) başlayaraq təxminən 50 yaşında menopauzaya qədər.

İnsanlar omnivordurlar, müxtəlif bitki və heyvan qidalarını yeyə bilirlər və insanlar Homo erectus dövründən bəri yemək bişirmək üçün oddan (və ya digər qızdırma üsullarından) istifadə edirlər. İnsan yeməksiz 8 həftə[5] və susuz 3–4 gün[6] yaşaya bilər. İnsanlar əsasən gündüz həyat tərzi keçirirlər, gündə orta hesabla 7–9 saat yatırlar. Uşaq doğma özündə yüksək risklər və hətta ölüm riski daşıyır. Körpələr doğulduqdan sonra köməksiz qalırlar və uşağa çox vaxt hər iki valideyn baxır.

Homo sapiens böyük, yüksək inkişaf etmiş və mürəkkəb prefrontal korteksə, daha yüksək idrak qabiliyyətləri ilə əlaqəli beyin sahəsinə malikdir. İnsanlar yüksək intellektli, yüksək inkişaf etmiş epizodik yaddaşa, çevik üz ifadələrinə, özünü dərk etməyə və başqalarının niyyətlərindən xəbərdar olmağa malikdirlər . İnsan beyni özünümüşahidə və refleksiya, təfəkkür, təxəyyül, iradənin həyata keçirilməsi və varlığa baxış formalaşdırmağa qadirdir. Bütün bunlar texnoloji tərəqqi və mürəkkəb alətlərin inkişafını mümkün etmişdir, mürəkkəb əsaslandırma və biliklərin sonrakı nəsillərə ötürülməsi olmadan bu mümkün olmazdı. Dil, sənətticarət insanı müəyyən edən xüsusiyyətlərdir; güman edilir ki, uzun ticarət yolları mədəniyyətin sürətli inkişafının və resursların paylanmasının əsas səbəbi ola bilər ki, bu da insanlara digər oxşar növlərlə müqayisədə böyük üstünlüklər verir.

  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  2. Cela-Conde C. J., Ayala F. J. Genera of the human lineage (ing.). // Proc. Natl. Acad. Sci. U.S.A. / M. R. Berenbaum [Washington, etc.], USA: National Academy of Sciences [etc.], 2003. Vol. 100, Iss. 13. P. 7688. ISSN 0027-8424; 1091-6490 doi:10.1073/PNAS.0832372100 PMID:12794185
  3. "Genetic – Understanding Human Genetic Variation". Human Genetic Variation. National Institute of Health (NIH). 2013-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-13. Between any two humans, the amount of genetic variation—biochemical individuality—is about 0.1%.
  4. Levy S, Sutton G, Ng PC, Feuk L, Halpern AL, Walenz BP, Axelrod N, Huang J, Kirkness EF, Denisov G, Lin Y, MacDonald JR, Pang AW, Shago M, Stockwell TB, Tsiamouri A, Bafna V, Bansal V, Kravitz SA, Busam DA, Beeson KY, McIntosh TC, Remington KA, Abril JF, Gill J, Borman J, Rogers YH, Frazier ME, Scherer SW, Strausberg RL, Venter JC. "The diploid genome sequence of an individual human". PLOS Biology. 5 (10). September 2007: e254. doi:10.1371/journal.pbio.0050254. PMC 1964779. PMID 17803354.
  5. Lieberson AD. "How Long Can a Person Survive without Food?". Scientific American (ingilis). 2004. 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.
  6. Spector D. "Here's how many days a person can survive without water". Business Insider Australia (ingilis). 2018-03-09. 2014-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in